Müxtəlif yeməklərdə istifadə etdiyimiz düyünün faydaları nələrdir?

Yayım tarixi: 14.05.2024

Müxtəlif yeməklərdə istifadə etdiyimiz düyünün faydaları nələrdir?

Tərkibində B1, B2, C, E vitaminləri, natrium, maqnezium, kalsium, dəmir və kalium mineralları var.


 

Faydaları:

1) Enerji mənbəyidir. Bədənə enerji və qüvvət verir

2) Doyurucudur və beyin fəaliyyətinə yardım edir.

3) Həzmi asanlaşdırır, iştahı artırır və mədə xəstəliklərini müalicə edir.

4) Bağırsaqlar üçün faydalıdır. Tərkibində olan nişasta mədədə həzm olunmur və bağırsağa keçərək, faydalı bakteriyaların yaranmasına yardım edir.

5) Qan təzyiqini tənzimləyir.Düyünün tərkibində az miqdarda natrium olduğu üçün yüksək qan təzyiqi olan xəstələr üçün faydalıdır.

6) Xərçəngin qarşısını alır. Düyünün tərkibində qəhvə rəngli həzm olunmayan liflər vardır. Bu liflər bədəndə xərçəng xəstəliyinin yaranmasının qarşısını alır.

7) Ürək-damar sağlamlığını təmin edir. Düyü kəpəyinin yağı antioksidan xasiyyətə malikdir. Bədəndə xolesterinin səviyyəsini azaldıb, ürək-damarın qüdrətini artırır.

8) Diabet xəstəliyinə faydalıdır. Diabet xəstələri ağ deyil, qəhvəyi düyüdən istifadə edərlərsə, onlar üçün daha faydalı olar. Gün ərzində bir fıncan qəhvəyi düyünü yesəniz, manqana olan ehtiyacınızın 100%-ni təmin etmiş olarsınız.