Bol vitaminli salat reseptini təqdim edirik🥗
Yayım tarixi: 14.01.2025Hazırlanması olduqca rahat olan, bol vitaminli salat reseptini təqdim edirik🥗
Ərzaqlar :
250 qr. Yaşıl Zetina izgara zeytun
150 qr. Qara Zetina izgara zeytun
6 – 7 ədəd quru pomidor
8 – 10 ədəd Cəfəri
5 – 6 ədəd Nanə
1 ç.q – Küncüt
1 ç.q – Zeytunyağ
Nar
10 ədəd – Qoz
Limon
Hazırlanması:
İlk olaraq quru pomidorları isti suda bir müddət bir qabda saxlayırıq. Bu vaxt, böyük bir kasa iri zeytunun içərisindən tumlarını çıxmaq üçün bir bıçaqla ayrılaraq qırılır. Izgara zeytun tumsuz olduğu üçün kəsilmədən əlavə edirik. Pomidorun şirəsini sıxırıq və iri doğrayırıq. Bir ovuc qozu qarışımın içinə xırdalayırıq. Daha sonra 8-10 ədəd cəfəri, bir neçə təzə nanə, bir çay qaşığı küncüt, biraz nar dənələri əlavə edilir. Zeytun yağı və limon sousu üzərinə gəzdirilir və qarışdırılır. Zeytunun duzu kifayətdir deyə, əlavə olaraq duz vurulmur.
Nuş olsun!