Dəmirlə zəngin olan qidalar
Yayım tarixi: 21.05.2024Qan azlığının əsas səbəbi dəmir əksikliyidir. Ona görə də qanın dəmirə olan ehtiyacını artıran qidalara əhəmiyyət vermək lazımdır.
- Qırmızı ət (mal əti, qoyun əti), xüsusilə qaraciyər;
Qırmızı ətin 100 qramında 2,7 mq dəmir var. Bu da gündəlik dəmirə olan ehtiyacın 15 faizini qarşılayır.
- Toyuq əti, hind quşu əti, balıq əti
Ağ əti dərisi olmadan yağsız və suda bişirməklə daha sağlam qəbul edə bilərsiniz. Bunun yanında bəhməz və limonla dadlandırılmış, içinə balqabaq tumu qoyulan salatla günorta yeməyinizi dəmirlə zənginləşdirin.
- Yumurta
Anemiyanın qarşısını alır, immun sistemini gücləndirərək xəstəliklərə qarşı qoruyur. Gündə bir ədəd yumurta yeməyi unutmayın. Yumurtanı C vitamini ilə zəngin olan turşəng, cəfəri və tərə ilə birlikdə birişib yedikdə dəmirin miqdarı artır.
- Dənli bitkilər, taxıllar, paxlalı bitkilər (lobya, noxud, yaşıl və qırmızı mərci və s.),
Quru paxlalıların yanında bol limon sıxılmış salat yeməklə dəmirin sorulmasını artırmaq mümkündür. Lakin yaxşı bişirilməmiş paxlalılar dəmirin sorulmasına pis təsir edir.
- İspanaq və kələm kimi tünd yaşıl tərəvəzlər,
Qış aylarında dəmirlə zəngin olan tərəvəzlərdəndir. İspanağı bişirərkən tərkibindəki vitamin və mineralların məhv olmaması üçün çox bişirməyin.
- Kişmiş və qaysı kimi quru meyvələr, qoz, badam, fındıq.
Yüksək antioksidant tərkibi ilə immun sistemini gücləndirən quru meyvələr miqdarında yeyilməlidir – 1 xörək qaşığı quru üzüm, 3-4 ədəd qaysı qurusu, 1 ədəd quru əncir, 2 bütöv qoz və ya 6 ədəd fındıq. Bu ölçü ilə qanda şəkərin miqdarını tarazlayaraq, gündəlik dəmirə olan ehtiyacınızı ödəyə bilərsiniz.
Dəmir əksikliyinin qarşısını almaq üçün VACİB OLANLAR:
1 – İspanaqla qatığı eyni anda yeməyin. İspanağı yumurta və ya ətlə qızardıb yemək daha faydalıdır.
2 – Paxlalı və dənli bitkiləri birlikdə yeyərkən yanında salat da qəbul etmək dəmirin sorulmasına kömək edir.
3 – Səhər yeməyində 1-2 çay qaşığı pəhməz qəbul etmək dəmir çatışmazlığına yaxşı təsir edir. Xüsusilə də keçibuynuzu bəhməzi yüksək dəmir tərkiblidir.
4 – Çayı və qəhvəni yeməkdən yarım saat əvvəl və ya sonra içmək lazımdır. Xüsusilə də qara çayda olan fitat və taninlər dəmirin sorulmasına mane olur. Yeməkdən sonra çay içiləcəksə ya açıq şəkildə, ya da limon sıxılaraq içilməlidir.