Limonlu suyun faydaları nələrdir?
Yayım tarixi: 11.09.2024Limonlu su adından da göründüyü kimi limon suyu ile adi suyun qarışımından əldə edilən bir içkidir. Fərahladıcı ve ləzzətli olan bu içki, C vitamini qaynağı olmaqla, metabolizmanı sürətləndirir, imnmun və həzm sistemini dəstəkləyir, su içme vərdişini formalaşdırmaqla dərinin təravətliyini artırır.
Limon suyu görmə qabiliyyətini gücləndirir. Tərkibindəki “C” vitamini və antioksidantlar sayəsində gözləri “sarı nöqtə” - makula degenerasiyası və katarakta xəstəliyindən qoruyur.
Limon orqanizm üçün gərəkli olan kaliumla çox zəngindir. Kalium insan orqanizmində ən çox yayılmış üçüncü mineraldır. Həmçinin, immunitet sistemini gücləndirir. Hər gün limon suyu içənlərin içməyənlərə nisbətən soyuqdəymə və zökəmə tutulma riski dəfələrlə azdır. Limon suyu təbii yollarla arıqlama vasitəsi kimi ekspertlər tərəfindən təklif olunur. Belə ki, limon aclıq hissini aparır və metabolizmanı sürətləndirir, bədənin pH səviyyəsini tənzimləyir. Hər səhər insanların günə enerji ilə başlamaq üçün qəhvə içmək istəklərini önləyir. Limon stresslə mübarizədə əvəzsiz vasitələrdən sayılır. Lakin limon suyu hər kəs üçün müsbət təsir göstərməyə bilər. Diabet xəstələri, mədəsində qastrit, xora olan insanlar, aşağı təzyiq və qanazlığından əziyyət çəkənlər üçün əks təsirə səbəb olur. Limonun normadan çox istifadəsi diş əti qanamalarına, təzyiqin, qan şəkərinin sürətlə düşməsinə, diş minasının aşınmasına və nəticədə dişlərin isti-soyuq yeyəcək və içəcəklərə qarşı həssaslığına, böyrəklərdə idrar istehsalının artması ilə orqanizmdən su və natriumun tez-tez xaric olunmasına səbəb olur.
Bu səbəbdən limon suyunu qəbul edərkən diqqətli olmaq lazımdır.