Üzümün faydaları nələrdir?
Yayım tarixi: 21.07.2024Üzümün faydaları nələrdir?🍇
Yay aylarının vazkeçilməz meyvəsi olan üzümün bir çox faydaları vardır:
✅ Başda kalium, sodyum, fosfor, maqnezium, xüsusilə K, C, A və B vitamin-minerallarla zəngin meyvə olan üzümün ən önəmli xüsusiyyəti güclü antioksidan təsirli olmasıdır. Bu isə o deməkdir ki, üzüm başda xərçəng olmaqla, bir çox xəstəlik riskini azaldır.
✅ Mütəxəssislər bildirilər ki, üzümün faydası ən çox qabığı və çiyidindədir. Buna görə də yeyərkən çiyidini çıxartmayın, qabığını soymayın. Bir kiçik kasa üzüm 100 kalori və 25 qram karbohidratdır. Gündə kiçik bir kasa yemək kifayətdir. Karbohidrat tərkibi yüksək olduğu üçün xüsusən diabet xəstələri diqqətli olmalıdırlar.
✅ Ürək sağlamlığı üçün önəmlidir
Üzüm ürək sağlamlığını qoruyan ən önəmli meyvələrdən biridir. Aparılan araşdırmalara görə, özəlliklə qırmızı üzüm xolestrolu aşağı salmaqda təsirlidir.
✅ Xərçəngin qarşısını alır
Xüsusilə çiyidi ilə birlikdə yeyildikdə tərkibindəki zəngin resveratrol sayəsində xərçəng hüceyrələrinin qarşısını alır.
✅ Yaşlanmanı gecikdirir
Mütəxəssislər bildirirlər ki, üzüm qocalmanın qarşısını alır. Həmçinin, hüceyrələri yeniləyərək dərimizin daha cavan görünməsinə kömək edir.
✅ Pəhriz siyahılarında şirniyyat üçün uyğun alternativdir
Həkimlərin fikrincə, üzün çəki verməyə də kömək edir. Çünki üzüm yarısı su olan şəkərli və lifli bir meyvədir. Təbii meyvə şəkəri olması və tərkibindəki antioksidanlar sayəsində bədəndəki iltihabı azaldan təsiri ilə arıqlamağa da kömək edir.
✅ Göz sağlamlığına yaxşı təsir edir
Üzümün göz sağlamlığını qorumasına dair bir çox çalışma var.
✅ Qan təzyiqini aşağı salır
Aparılan araşdırmalara görə, üzüm qan təzyiqini aşağı salır və infark riskini azaldır.
✅ Qəbzliyin qarşısını alır
Üzüm mütəmadi olaraq yeyildiyi zaman bol lifli tərkibi ilə qəbzliyin qarşısını alır. Bu da bağırsaq xərçəngi riskinin qarşısını alır.